DÜNYA
Fransada pandemiyanın növbəti dalğası gözlənilir
Paris, 9 aprel, AZƏRTAC
Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir.
Bildirilib ki, 21 mindən çox COVID-19 xəstəsi sağalıb.
Fransanın Atlantik okeanında olan “Charles-de-Gaulle” məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək.
COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə “qara cümə axşamına hazırlaşırıq” deyə qarşıdan gələn günün çətin olacağını bildirib.
Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Aprelin 9-da Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVID-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVID-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]