DÜNYA
Fransada parlament seçkilərinin birinci turunun rəsmi nəticələri elan olunub
Paris, 12 iyun, AZƏRTAC
Fransada keçirilən parlament seçkilərinin birinci turunun nəticələri rəsmən elan olunub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin məlumatında səsvermədə 47 milyon seçicinin 48.7 faizinin iştirak etdiyi və bunun etimad böhranının nəticəsi olduğu qeyd olunub.
Seçkilərin rəsmi nəticələrinə əsasən, “İrəli, respublika” hərəkatı 28,21 faiz, Respublikaçılar partiyası 15,77 faiz, Milli Cəbhə partiyası 13,20 faiz, Əyilməz Fransa partiyası 11,02 faiz, Sosialist partiyası 7.44 faiz, Demokratik hərəkat isə 4.11 faiz səs toplayıb.
Seçicilər 51.29 faizi səsvermədə iştirak etməyib.
Fransa parlament seçkilərinin ikinci turu iyunun 18-də keçiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]