DÜNYA


Fransada parlament seçkilərinin ikinci turu davam edir

Paris, 19 iyun, AZƏRTAC

Fransada parlament seçkilərinin ikinci turu keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün Fransada 48,7 milyon seçici birinci turda seçilmiş 1148 namizəd arasından növbəti 5 il üçün Milli Assambleyaya 577 deputat seçməlidir. Fransız seçicilər bu gün yerli vaxtla səhər saat 8:00-dan axşam 18:00-dək, böyük şəhərlərdə isə 20:00-dək istədikləri namizədə səs verəcəklər. Parlament seçkilərinin ikinci turunun ilkin nəticələri 20:00-da açıqlanacaq.

Birinci turun nəticələrinə görə, müxalifətin “NUOES” koalisiyası (25,78 faiz) və iqtidarın “Ensemble1” koalisiyası (25,75 faiz) arasında cüzi fərq var. İlk turda 52,9 faiz bitərəf qeydə alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.