DÜNYA


Fransada pensiya islahatına qarşı etiraz tətilləri və nümayişlər davam edəcək

Fransada pensiya islahatına qarşı etiraz tətilləri və nümayişlər davam edəcək

Paris, 7 fevral, AZƏRTAC

Deputatlar ictimai rəyin mütləq əksəriyyətinə qarşı çıxa bilməzlər. Bu, demokratik problem yaradır. Onlar beş il müddətinə seçilsələr də, bu dövr ərzində istədiklərini edə bilməzlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Ümumi Əmək Konfederasiya (CGT) Həmkarlar İttifaqının baş katibi Filip Martinez səsləndirib. O bildirib ki, pensiya islahatı layihəsi ölkə vətəndaşlarının əksəriyyətinin etirazı ilə qarşılaşıb.

Parlament müzakirələri zamanı 20 mindən çox dəyişikliklə bağlı qərarlar veriləcək və nəticədə hansı deputatın bu islahatları dəstəklədiyi, hansılarının isə dəstəkləmədiyi aşkar olunacaq.

“Layihə Milli Assambleya tərəfindən qəbul olunarsa, tətillər və etiraz nümayişləri davam edəcək. Çünki hesab edirik ki, pensiya islahatı mətni bu ölkənin vətəndaşlarının əksəriyyəti tərəfindən rədd olunur”, - deyə CGT-nin baş katibi vurğulayıb.

Xatırladaq ki, pensiya islahatı ilə bağlı qanun layihəsi artıq Milli Assambleyaya göndərilib. Deputatlar pensiya islahatı layihəsinə dair müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülmüş 20 mindən çox dəyişikliyi müzakirə etməlidirlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.