DÜNYA


Fransada polis zorakılığına qarşı etiraz nümayişi keçirilib

Paris, 3 iyun, AZƏRTAC

ABŞ-da Corc Floyd polis zorakılığının qurbanı olduqdan sonra, ölkəni bürüyən etiraz nümayişləri Fransada Adama Traorenin qətlini yenidən gündəmə gətirib və polis zorakılığına qarşı etiraz dalğası yaradıb.

AZƏRTAC xəbər verir ki, “Adama Traore haqqında həqiqət” kollektivi tərəfindən planlaşdırılmış dinc yığıncaq, son anda Paris prefekturasının qadağasıdan sonra barıt çəlləyinə çevrilib.

Paris, Lill, Marsel şəhərlərində insanlar polis zorakılığı əleyhinə ayağa qalxıblar. ABŞ-da baş verən hadisənin Parisdəki hadisənin təkrarı olduğu bilirilib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Adama Traore 2016-cı il iyulun 19-da polis tərəfindən saxlanıldıqdan 2 saat sonra Persan kazarmasında müəmmalı şəkildə ölüb.

A.Traorenin ölümündən 4 il keçəndən sonra bu hadisə məhkəmə-tibb ekspertizasının mütəxəssisləri arasında ekspertlər müharibəsinə çevrilib. Exspertizanın bəzi üzvləri ölüm hadisəsində jandarmaların günahı olmadığını bildirsələr də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.