DÜNYA


Fransada “sarı jiletlər” aksiyasında 28 mindən çox nümayişçi iştirak edib

Paris, 17 noyabr, AZƏRTAC

Fransa Daxili İşlər Nazirliyi “sarı jiletlər”in şənbə günü keçirilən etiraz aksiyasında ölkə üzrə 28 min nümayişçinin iştirak etdiyini bildirib. “Sarı jiletlər”in hesablamalarına görə isə aksiyaya 39 min 500-dən çox nümayişçi qatılıb.

AZƏRTAC Paris prefekturasının məlumatına istinadla xəbər verir ki, paytaxtda nümayişə 4 700 nəfər çıxıb. Aksiyada iştirak edən 150 şəxs dindirilib və onlardan 78-i müvəqqəti saxlanılıb. Gün ərzində polis 8 861 yoxlama aparıb.

Parisin İtaliya meydanında polis və nümayişçilər arasında qarşıdurma olub. Minik avtomobilləri yandırılıb, vitrinlər sındırılıb. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Fransanın Bordo, Lion, Lill, Marsel, Nant və Tuluz kimi digər böyük şəhərlərində də etiraz aksiyaları keçirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.