DÜNYA


Fransada “sarı jiletlər” aksiyasının 13-cü aktı başlayıb

Paris, 9 fevral, AZƏRTAC

Fransada “sarı jiletlər” etiraz aksiyasının 13-cü aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, artıq 13-cü həftədir etiraz nümayişinə çıxan aksiyaçılar bu gün Parisin Yelisey çölləri prospektində “Ulduz” meydanına toplaşırlar. Nümayişçilər Zəfər Tağı qarşısında toplaşacaqlar və saat 12-də Eyfel qülləsi qarşısındakı Mars çölləri bağına qədər yürüş edəcəklər. Onlar prezident Emmanüel Makronun istefasını və V Respublikanın buraxılmasını tələb edirlər. Nümayişçilər sosial şəbəkələr vasitəsilə axsam saat 17:00-dan sonra Respublika meydanında 3-cü “sarı gecə” aktına dəvət olunurlar.

Qeyd edək ki, ötən həftə Fransanın Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) və “sarı jiletlər” etiraz aksiyaçıları birlikdə aksiya keçiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.