DÜNYA


Fransada “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı başlayıb VİDEO

Paris, 16 fevral, AZƏRTAC

Fransada “sarı jiletlər” etiraz aksiyasının 14-cü aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, etirazçılar ölkənin bir çox böyük şəhərlərində də toplaşacaqlar.

Parisdə “sarı jiletlər” hərəkatı ilə bağlı fevralın 17 və 18-də ümumilikdə üç nümayiş və dörd toplantının keçirilməsi ilə bağlı polis idarəsinə məlumat verilib. Dövlət orqanları qeyri-qanuni toplaşmaların və dağıdıcı hərəkətlərin olmasını istisna etmir.

Etirazçılar sosial şəbəkələrdə “14-cü akt-Fransa sülh içində” adı altında saat 13-də toplaşmağa çağırışlar ediblər. Təşkilatçılar hər iki tərəfdən olan “ölüm hallarına, yaralı və əlil olmalara nə qədər dözək?”, “Zorakılığa son qoyaq” çağırışları ilə “sarı jiletlər”i dinc nümayiş etməyə səsləyiblər.

Polis və jandarm qüvvələri səfərbər edilib, Yelisey çölləri prospekti və Konkord meydanında toplaşmaq qadağan olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.