DÜNYA


Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb VİDEO

Paris, 13 aprel, AZƏRTAC

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, nümayişçilər 22–ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır” deyərək Tuluza toplaşmağa çağırış ediblər.

Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.

Qeyd edək ki, “dağıdıcılar əleyhinə” qanun bu gün səhərdən qüvvəyə minir. Qanuna əsasən nümayişçilərin çantaları və avtomobilləri yoxlanılacaq, sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.