DÜNYA


Fransada “sarı jiletlər” gələn həftə böyük səfərbərlik olacağını bildiriblər

Paris, 10 mart, AZƏRTAC

Fransada “sarı jiletlər” etiraz aksiyasının 17-ci aktında 28 min 600 nümayişçi iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. “Sarı jiletlər”in 17-ci aktına işsizlik-sığortası ilə bağlı hökumətin aparmaq istədiyi islahatlara etiraz edən bağça işçiləri “qırmızı jilet”lərdə və qadın hüquqlarının müdafiəçiləri “bənövşəyi jiletlər”də qoşulublar.

Parisdə 3 min nümayişçi küçələrə çıxıb. Paytaxtda 19 nəfər saxlanılaraq polis məntəqəsində dindirilib. “Sarı jiletlər” gələn həftə milli debatların başa çatacağı vaxt - martın 16-da keçiriləcək nümayiş üçün böyük səfərbərlik olacağını bildiriblər.

Bu gün polis nümayişçiləri dağıtmaq üçün su şırnağından istifadə edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.