DÜNYA


Fransada “sarı jiletlər”in etiraz aksiyasına “qırmızı jiletlər” də qoşulub

Paris, 9 mart, AZƏRTAC

Fransada “sarı jiletlər”in etiraz aksiyasının 17-ci aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında bir qrup “sarı jilet” Zəfər Tağı qarşısına toplaşıb.

Beynəlxalq Qadınlar Gününün ertəsi gününə təsadüf edən 17-ci aktın kortejində qadınlar ön sırada dururlar. Kortejin Yelisey çölləri prospektindən Fransa Senatının qarşısındakı Lüksemburq bağına doğru irəliləyəcəyi bildirilib.

Aksiyaya “sarı jiletlər”lə bərabər, işsizlik sığortasında aparılan islahatlara etiraz edən “qırmızı jiletlər” də qoşulub. “Sarı jiletlər”in fəallarından olan Erik Drue “Facebook” səhifəsində bu həftənin unudulmaz olacağını bəyan edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.