DÜNYA


Fransada “sarı jiletlilər” aksiyası: Parisdə brend mağazalar qarət edilib və yandırılıb

Paris, 17 mart, AZƏRTAC

Martın 16-da Fransada keçirilən “sarı jiletlilər” aksiyasının 18-ci mərhələsində 32 mindən çox insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, Parisdə küçələrə 10 minədək aksiyaçı çıxıb. Yelisey çölləri prospektində səhər saatlarından polislə nümayişçilər arasında vəziyyət gərginləşib. Radikal anarxist qrupun üzvləri prospektdəki məşhur brendlərin mağazalarını, restoranları dağıdaraq yandırıb və qarət ediblər.

Gün ərzində Parisdə 237 nümayişçi dindirilib ki, onlardan 106-sı müvəqqəti saxlanma yerlərinə göndərilib.

“La Mongie” Dağ–Xizək Stansiyasında istirahətdə olan Fransa Prezidenti Emmanuel Makron istirahətini yarımçıq qoyaraq təcili geri qayıdıb.

Bu gün Parisdə, həmçinin iqlimlə bağlı “Əsrin yürüşü” keçirilib. Təşkilatçılar yürüşdə 110 minə yaxın insanın iştirak etdiyini bildiriblər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.