Fransada sığınacaq böhranı: Mer dövləti məhkəməyə verir
AzerTAg.az
Paris, 5 dekabr, AZƏRTAC
Sığınacaq dövlətin məsuliyyətidir. Mövcud bələdiyyə resursları bu böyük fəlakətin, humanitar böhranın öhdəsindən gəlməyə qadir deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Strasburq şəhərinin meri Jan Barsegyan küçələrdəki evsiz-eşiksiz insanlara, xüsusilə də miqrantlara sığınacaq verməkdə uğursuzluğa düçar olan Fransa dövlətinə qarşı səsləndirilib. O, buna görə dövləti məhkəməyə verəcəyini bildirib.
Mer Fransa Prezidentini ittiham edərək deyib: “Xatırladıram ki, Emmanuel Makronun hələ 2017-ci ildə verdiyi ilk vədlərdən biri həmin ilin sonunda küçələrdə heç kimin qalmayacağı idi. Beş il yarım keçməsinə baxmayaraq, açıq-aydın görünür ki, bu vədə əməl edilmir”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var