DÜNYA


Fransada son sutkada koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıb

Paris, 11 sentyabr, AZƏRTAC

Fransada COVID-19 infeksiyasına gündəlik yoluxmada antirekord qeydə alınıb - 10 minə yaxın yoluxma faktı.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi (DGS) məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində SARS-CoV-2 virusuna 9 843 yeni yoluxma qeydə alınıb. Son sutka ərzində xəstəxanalara 5096 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində 615 ağır vəziyyətdə olan xəstə var.

COVID-19 epidemiyası başlayandan ölkədə, 20 338-i xəstəxanalarda, 10 475-i qocalar evlərində olmaqla, ümumilikdə 30 813 ölüm faktı qeydə alınıb. Epidemiya başlayandan xəstəxanalara daxil olan 114 528 koronavirus xəstəsindən 88 742-si sağalıb. Ölkənin bir çox şəhərlərində yerli karantin tətbiq ediləcəyi ehtimal olunur.

Bu gün ölkədəki sanitar vəziyyətlə, eləcə də qarşıdan gələn həftə virusa qarşı tətbiq olunacaq qaydaların müəyyən edilməsi ilə bağlı müdafiə şurasının iclası gözlənilir.

“Düşünürəm ki, tələbkar, realist olmaqda qalmalıyıq, heç bir panikaya, güzəştə getməməliyik”, - deyə Prezident E. Makron bildirib.

Ölkədə səhiyyə üzrə mütəxəssislər sentyabrın 6-dan epidemiyanın ikinci dalğasının başlaması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.