DÜNYA


Fransada son sutkada koronavirusa 25 mindən çox yeni yoluxma qeydə alınıb

Paris, 18 fevral, AZƏRTAC

Fransada son sutkada koronavirusa 25 mindən çox yeni yoluxma və 311 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, ölkədə COVID-19 pandemiyasının qurbanlarının sayı 83 122-yə çatıb. Xəstəxanalarda 26 minə qədər koronavirus xəstəsi olduğu qeyd edilib. Reanimasiya şöbələrində 3 350 ağır vəziyyətdə olan xəstə intensiv müalicə olunur.

Fransada koronavirus əleyhinə peyvənd kampaniyası çərçivəsində 2.5 milyon birinci doza peyvəndləmə, 923 mindən çox ikinci doza peyvəndləmə aparıldığı qeyd edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.