DÜNYA


Fransada son sutkada koronavirusdan 16 ölüm faktı qeydə alınıb

Paris, 16 iyul, AZƏRTAC

Fransada son həftədə COVID-19 infeksiyasına yoluxanların sayı iki dəfə artıb.

AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara 213 yeni koronavirus xəstəsi daxil olub və 16 ölüm faktı qeydə alınıb. İyul ayının əvvəlində xəstəxanalarda vəziyyət stabilləşsə də, son həftə koronavirus xəstələrinin sayı sürətlə artmağa başlayıb. Həftə ərzində koronavirusa yeni yoluxanların sayı iki dəfə artaraq, 38 700-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların əksəriyyətində çox yoluxucu sayılan “delta” ştamı aşkarlanıb.

Reanimasiya şöbələrində ağır vəziyyətdə 914 koronavirus xəstəsi müalicə alır. Son 24 saatda 16 ölüm faktı qeydə alınmaqla, ölkədə koronavirus qurbanlarını ümumi sayı 111 458-ə çatıb.

2020-ci ilin sonunda başlayan peyvənd kampaniyası çərçivəsində 36 738 501 fransıza peyvəndin birinci dozası, 29 201 246 nəfərə isə ikinci dozası vurulub. Ölkə əhalisinin 43.3 faizi peyvənd edilib. Mütəxəssislər bildirirlər ki, ölkə əhalisinin 90 faizi peyvənd edildikdən sonra kollektiv immunitet yaranacaq.

Səhiyyə naziri bildirib ki, koronavirus simptomlu xəstələrin 95 faizi peyvənd olunmayanlardı.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.