DÜNYA
Fransada tətil ictimai nəqliyyatı iflic edib
Paris, 13 sentyabr, AZƏRTAC
Fransada ictimai nəqliyyat ümumi tətil keçirir. Bir gün davam edəcək tətil nəqliyyatı iflic vəziyyətinə salıb. Yerli vaxtla səhər saat 8:20-də artıq 280 kilometr uzunluğunda tıxac yaranıb.
AZƏRTAC xəbər verir ki, böhran vəziyyəti nəzərə alınaraq dünəndən valideynlərə uşaqları məktəbə deyil, parka gəzməyə aparmaq tövsiyə olunub. Metronun 10 xətti tamamilə bağlanıb.
Hökumətin elan etdiyi pensiya islahatları əleyhinə olan tətil 12 il əvvəl baş vermiş ümumi tətillə müqayisə edilir. Nəqliyyat sahəsindəki həmkarlar təşkilatları tətilə çağıraraq onlar üçün mövcud pensiya rejiminin saxlanılmasını tələb edirlər.
Xatırladaq ki, polis əməkdaşları da “milli qəzəb nümayişinə” çağırışlar edib. Yeni pensiya islahatları ölkədə qəzəblə qarşılanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]