Fransada yağışlar səbəbindən 1600 nəfər təxliyə edilib
AzerTAg.az

Bakı, 10 avqust, AZƏRTAC
Leysanlar nəticəsində Fransanın cənubundakı üç departamentdə təxminən 1600 insan təxliyə edilib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda təxliyənin Drom, Ardeş və Qar departamentlərində aparıldığı bildirilir. Xilasetmə işlərinə 400-dən çox yanğınsöndürən və jandarm cəlb olunub. Jandarmeriyanın dörd vertolyotu isə fəlakət zonasına nəzarət edir.
Təxliyə edilənlərin arasında olan 119 uşaq Sen-Jülyen-de-Peyrola şəhərindəki yay düşərgəsindədir. BFMTV telekanalının məlumatına görə, düşərgədə istirahət edən uşaqlar Almaniyadan gəlibmişlər. Düşərgənin rəhbərlərindən biri, AFR-in 70 yaşlı vətəndaşı itkin düşüb.
Ölkənin 26 departamentində və cənub-şərqində gözlənilən qasırğa səbəbindən meteotəhlükəsizlik dərəcəsi narıncı rənglə göstərilib.
Xəbərin mətnində orfoqrafik səhv var