DÜNYA


Fransada yanğın nəticəsində üç nəfər həlak olub

Bakı, 17 iyul, AZƏRTAC

Fransanın Marsel şəhərində mənzildə baş verən yanğın nəticəsində üç nəfər həlak olub.

AZƏRTAC France Bleu radiostansiyasına istinadla xəbər verir ki, yanğın səhər tezdən başlayıb. Doqquzuncu mərtəbədə yerləşən mənzildən yerə tullanan üç nəfər ölüb. Onlardan biri yerə əlində tutduğu körpə ilə birlikdə tullanıb, uşaq sağ qalıb.

Radiostansiyanın məlumatına görə, hadisə zamanı daha 13 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ciddidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.