DÜNYA


Fransada yeni hökumətin Nazirlər Şurasının ilk iclası keçirilib

Paris, 23 may, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron ikinci beşillik mandatına start verdi. Fransanın 17 nazir və 6 xüsusi tapşırıqlar üzrə nazirdən ibarət yeni hökumətinin Nazirlər Şurasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Fransanın 5 naziri vəzifəsini dəyişməyib. İqtisadiyyat üzrə Bruno Le Maire, daxili işlər üzrə Jerald Darmanin, ədliyyə üzrə Erik Dupont-Moretti, Avropa İşləri üzrə Klement Bone və Xarici ticarət üzrə Frank Riester əvvəlki nazir vəzifələrini davam etdirirlər.

Fransanın Avropa və xarici işlər naziri Katerin Kolonna, milli təhsil və gənclər naziri Pap Ndiyae, müdafiə naziri Sebastyən Lökornu, səhiyyə naziri Brijit Burginyon, əmək naziri Olivye Dussop, kənd təsərrüfatı naziri Mark Fesno, mədəniyyət naziri Rima Abdul Mələk, idman naziri Ameli Udea-Kastera təyin olunublar.

Yeni hökumətin Nazirlər Şurasının ilk iclasının gündəliyində məktəb, səhiyyə, ətraf mühit, xüsusilə də inflyasiya və alıcılıq qabiliyyəti kimi əsas prioritet məsələlərə baxılıb.

Xatırladaq ki, yeni hökumətin Damyən Abadı Həmrəylik, muxtariyyət və əlillər üzrə nazir təyin etməsi skandala səbəb olub. Belə ki, iki qadın D.Abadı onlara qarşı seksual zorakılıq aktına görə məhkəməyə verib və bu aktlarla bağlı məhkəmə işinin hələ qurtarmadığı bildirilir. Belə bir şəxsin nazir təyin edilməsi narazılıq doğurub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.