SİYASƏT
Fransalı Martin Bezombes: Azərbaycanlı gənc əsgər mənim ölkəmin azadlığı uğrunda vuruşub VİDEO
Rodez, 9 may, AZƏRTAC
Faşizm üzərində Qələbənin növbəti ildönümünü qeyd edirik. Bu gün burada azərbaycanlı gənc əsgər Mikayıl Hüseynovun xatirəsinin anılması ilə bağlı tədbirdə iştirak etmək mənim üçün şərəfdir. O əsgər İkinci Dünya müharibəsində mənim ölkəmin azadlığı uğrunda canından keçib.
Bu fikirləri Rodez şəhərinin merinin müavini Martin Bezombes AZƏRTAC-a müsahibəsində deyib.
“Azərbaycanlı gənc əsgər fransızlara qoşularaq faşistlərə qarşı mübarizədə qəhrəmanlıq göstərib. Fransanın azad olunmasında cəsarətlə mübarizə aparıb. Azərbaycanlı əsgərlərə minnətdarıq”, - deyə o bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rodez