İDMAN


Fransalı çempion velosipedçi: Çox sağ ol, Bakı

Bakı, 10 iyun, AZƏRTAC 

Bu mənim sevinc gözyaşlarımdır. Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı. Bu qələbə mənim üçün önəmli idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilmiş velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında birinci yerə çıxmış fransalı idmançı Silvian Andre söyləyib.

Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlatdı və qeyd etdi ki, onda da qələbə qazanmışdı.

“Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Daudeti sayırdım. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”,- çempion dedi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.