İDMAN


Fransalı cüdoçu: Bakıda keçirilən dünya çempionatı çox yüksək səviyyədə təşkil olunub VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu mənim Bakıya ilk gəlişim deyil, gənclər arasında yarışlar zamanı iki dəfə paytaxtınızda olmuşam. Şəhəriniz çox gözəldir. Bakıdan hər dəfə xoş xatirələrlə ayrılıram. Əvvəlki yarışlar kimi, bu dünya çempionatının təşkilatçılığı da çox yüksək səviyyədədir. Bakı arenasında özümü çox rahat hiss edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransa cüdoçusu, 2014-cü il dünya çempionatının qızıl mükafatçısı Amadine Buçard deyib.

“Təəssüf ki, bu dəfə qızıl medalın bir addımlığında uduzdum. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərdim. Lakin bundan əvvəl rusiyalı rəqibimlə görüşdə çox yorulmuşdum. Yarımfinalda isə Yaponiya təmsilçisi Uta Abe məndən güclü oldu”, - deyə Amadine Buçard bildirib.

Qeyd edək ki, fransalı cüdoçu təsəlliverici görüşdə belçikalı idmançıya qalib gələrək bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.