İDMAN
Fransalı gimnast: Birinci Avropa Oyunları karyeramda ən maraqlı yarışlardan biri idi
Bakı, 15 fevral, AZƏRTAC
2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları karyeramda ən maraqlı yarışlardan biri idi.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bunu Fransa gimnastı Sebastien Martini deyib.
Gimnast bildirib ki, indiyədək bir çox çətin və maraqlı yarışlar olub. Ancaq ən yaxşısı və ən maraqlısı 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunları idi.
“Fevralın 16-17-də Bakıda keçiriləcək batut və tamblinq üzrə dünya kuboku yarışlarına hazırlıq uğurla gedir. Fransa komandası, o cümlədən mən özüm demək olar ki, yarışa tam hazırıq. Bu, çox mühüm turnirdir. Çünki 2020-ci il Tokio Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır”, - deyə S.Martini bildirib.
Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək. Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir.