CƏMİYYƏT


Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar

Bakı, 16 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda səfərdə olan Fransanın məşhur ictimai televiziya kanalı “France 2”-nin çəkiliş qrupuna müsahibə verib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Hicran Hüseynova Azərbaycanın tarixində qadınların rolundan, ölkəmizdə onlara verilən hüquqlardan və bu sahəyə İslamın təsirindən danışıb. Qeyd edib ki, bu gün də Azərbaycanda qadınlar rəhbər vəzifələr tuturlar. Azərbaycanın Birinci vitse-prezidentinin qadın olması başqa ölkələr üçün gözəl nümunədir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə qadın hüquqlarının müdafiəsi istiqamətində gördükləri işlərdən danışan Dövlət Komitəsinin sədri bu sahədə əldə olunan uğurlara toxunub. Bildirib ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində cəmi 4 faiz qadın namizəd var idisə, son seçkilərdə bu rəqəm 35 faiz olub. H.Hüseynova ölkədə qadın sahibkarlığının güclənməsindən və rəhbər qadınların sayının artmasından da bəhs edib.

Qeyd edək ki, Fransa telekanalının çəkiliş qrupu “İslam dünyada” televiziya layihəsi çərçivəsində müsəlman ölkələrin tarixi, dini və mədəni irsi haqqında silsilə verilişlər hazırlayır. Növbəti iki veriliş Azərbaycana həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.