Fransalı qız və oğlan basketbolçular qrup mərhələsinin sonuncu görüşündə uduzublar
AzerTAg.az
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində A qrupunda sonuncu turun ilk görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, həm qızların, həm də oğlanların yarışlarında A qrupunda yer alan Fransanın hər iki komandası qrupda sonuncu görüşdə uduzub. Oğlanların yarışında Serbiya yığması Fransa seçməsini böyük fərqlə 90:45 hesabı ilə məğlubiyyətə uğradıb. Fransanın basketbolçu qızları isə rusiyalı idmançılarla oyundan məğlub ayrılıblar – 51:69.
Hazırda oğlanların yarışında A qrupunun digər oyununda Azərbaycan yığması Xorvatiya millisi ilə qarşılaşır. Qızların mübarizəsində isə Belçika-İtaliya görüşü oynanılır.
Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.













Xəbərin mətnində orfoqrafik səhv var