İDMAN


Fransalı şahmatçı Maksim Vaşe-Laqrav canlı reytinqdə dünya birincisi olub

Bakı, 14 dekabr, AZƏRTAC 

Fransalı qrossmeyster Maksim Vaşe-Laqrav London klassik şahmat turnirində inamlı çıxışı ilə tarixi uğura imza atıb.

AZƏRTAC “chess.az” saytına istinadla xəbər verir ki, blits üzrə yarışda erməni şahmatçı Levon Aronyan üzərində parlaq qələbədən sonra fransalı qrossmeyster 2948,2 ELO xalı ilə canlı reytinqdə Maqnus Karlseni keçərək dünyada birinci pilləyə yüksəlib.

London turnirində cəmi dörd şahmatçı - Fabiano Karuana, Levon Aronyan, Hikaru Nakamura və Maksim Vaşe-Laqrav mübarizə aparırlar. Turnirdə şahmatçılar dairəvi sistem üzrə klassik, rapid və blits üzrə partiyalarda üz-üzə gəlirlər.

Turnir dekabrın 17-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.