SİYASƏT
Fransalı senator: Konstitusiyaya dəyişikliklər demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edir
Bakı, 26 sentyabr, AZƏRTAC
Konstitusiyaya dəyişikliklər demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikri fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar bildirib.
Senator qeyd edib ki, Fransa parlamentarilərinin müşahidələri Azərbaycanda referendumun Avropa standartlarına uyğun azad və demokratik keçdiyinə heç bir şübhə yeri qoymur.
A.Rişar Azərbaycanda keçirilən referendumun xalqın iradəsini əks etdirdiyini vurğulayıb. O, Azərbaycanda seçkilərin təşkilinin Fransadakından fərqlənmədiyini diqqətə çatdırıb.