İDMAN
Fransalı tamblinqçi Kendi Briere-Vetillard dünya çempionatının təsnifat mərhələsində liderliyə yüksəlib
Bakı, 18 noyabr, AZƏRTAC
Fransa gimnastı Kendi Briere-Vetillard Bakıda təşkil olunan dünya çempionatında qadın tamblinqçilərin təsnifat yarışında birinci pilləyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, gimnastın çıxışı 67,400 xalla qiymətləndirilib. Britaniyalı gimnast Meqan Keali 66,800 xalla ikinci, Belçika təmsilçisi Taçina Piters isə 66,500 xalla üçüncü pillədə qərarlaşıblar.
Hazırda qadın tamblinqçilər arasında təsnifat yarışları davam edir.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günü təsnifat, sonuncu iki günü isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]