SİYASƏT


Fransalı tədqiqatçı: Fransa Xocalı soyqırımının tanınması istiqamətində zəruri addımlar atmalıdır VİDEO

Paris, 27 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda soyqırımı törədilib və 613 dinc sakin qəddarcasına qətlə yetirilib. XXI əsrin astanasında mülki əhaliyə qarşı belə bir qırğının törədilməsi qəbuledilməzdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak bildirib.

Artıq bir neçə ildir Xocalı soyqırımı qurbanlarının anım tədbirinə qatıldığını deyən K.İfrak “Xocalıya ədalət!” kampaniyasına toxunub, bunun Xocalı soyqırımı ilə bağlı ədalətin bərpa edilməsi, eləcə də beynəlxalq ictimaiyyətin faciə barədə məlumatlandırılması baxımından vacibliyini diqqətə çatdırıb.

“Artıq 30 ildir ki, Azərbaycan Xocalı soyqırımı ilə bağlı ədalətə çağırışlar edir. Təqribən 30 il əvvəl törədilmiş cinayətin müəllifləri hələ də cəzalandırılmayıb. Xocalı faciəsi qurbanlarının xatirəsinə hörmət olaraq, bu qətliam beynəlxalq səviyyədə soyqırımı kimi tanınmalıdır. Xüsusilə də insan haqlarına böyük önəm verən Fransa bu istiqamətdə fəallıq göstərərək, amansızcasına qətlə yetirilmiş mülki insanların hüquqlarının bərpa edilməsi məqsədilə beynəlxalq təhqiqat komissiyası yaratmalı, Xocalı faciəsi siyasi və hüquqi baxımdan qiymətləndirilməlidir. Amansızlıqla qətlə yetirilmiş insanların ruhunun şad olması üçün bu faciənin törədilməsinə birbaşa məsuliyyət daşıyan şəxslər cəzalandırılmalı, bu qətliam beynəlxalq səviyyədə soyqırımı kimi tanınmalıdır”,-deyə K.İfrak vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.