İDMAN


Fransalı tennisçi: Azərbaycan, sözün əsl mənasında, idman ölkəsidir

Bakı, 23 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC 

İlk dəfədir beynəlxalq yarışda iştirak edirəm. “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına Azərbaycanın ev sahibliyi etməsi möhtəşəmdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Yay Olimpiya Festivalında yarışan fransalı Maelle Leclercq deyib.

Olimpiya festivalının çox gözəl təşkil olunduğunu qeyd edən tennisçi bildirib: “Azərbaycan, sözün əsl mənasında, idman ölkəsidir. Bu, həm festivalın hazırlıq səviyyəsindən, həm də Bakıdakı idman əhval-ruhiyyəsindən hiss olunur. Oyunlara gəldikdə isə hələ ki bütün oyunları qələbə ilə başa vurmuşam. Festivalın medalçısı olmağa iddialıyam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.