DÜNYA


Fransanın 12 departamentində istilərə görə yüksək təhlükə səviyyəsi elan olunub

Bakı, 16 iyun, AZƏRTAC

Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.

“On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın”, - deyə Baş nazir tövsiyə edib.

BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.