SİYASƏT


Fransanın “Agoravox” portalında Respublika Gününə həsr olunmuş məqalə dərc edilib

Paris, 31 may, AZƏRTAC

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ildə Azərbaycanda baş vermiş hadisələrdən bəhs olunur, həmin ilin martında Bakıda törədilən kütləvi qırğından söz açılır.

Qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan edib və demokratik yolla seçilmiş parlamentdə ölkədəki bütün siyasi partiyalar, eləcə də etnik qruplar təmsil olunub. Cinsindən, etnik mənşəyindən və dilindən asılı olmayaraq, insanlara bərabər səsvermə hüququ verilib, mətbuat azadlığı təmin olunub. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan gəncləri dövlət tərəfindən Avropaya təhsil almağa göndərilib.

Yazıda Xalq Cümhuriyyətinin qurucularının Paris Sülh Konfransında iştirakından, bu konfransda müttəfiqlərin ölkəmizə lazımi siyasi dəstəyinin olmamasından, Fransanın iqtisadi maraqlarının daha üstün tutulmasından da söz açılır.

Müəllif, həmçinin Azərbaycanın strateji ölkə olmasından, Zəngəzurun Ermənistana ilhaqından, Dağlıq Qarabağın və Zəngəzurun azərbaycanlıların qəlbində daim dərin və açıq yara olaraq qalmasından danışılır.

BMT-nin, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamə və qərarlarına baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığı bildirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.