SİYASƏT


Fransanın Alfortvil bələdiyyəsi Prezident Makronun vurğuladığı prinsiplərə riayət etmir

Paris, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin vəkili erməni separatçıların “bayrağı”nın bu ölkənin Alfortvil şəhərinin bələdiyyəsi qarşısında Avropa İttifaqı və Fransa bayraqları ilə birlikdə asılmasına etirazını bildirib, bununla bağlı tədbir görülməsi üçün Kretey inzibati məhkəməsinə məktubla müraciət edib.

AZƏRTAC xəbər verir ki, məhkəmədən bu qanunsuz aktla bağlı təcili tədbir görməyi xahiş edib.

Məktubda bildirilir Alfortvil bələdiyyəsinin meri Luk Karvunas bələdiyyə binası qarşısında Fransa və Avropa İttifaqının bayraqları ilə yanaşı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində separatçılar tərəfindən yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını nümayiş etdirir. Bu ərazi Azərbaycana məxsusdur və heç bir dövlət, eləcə də Fransa tərəfindən tanınmır.

Məktubda 2020-ci il sentyabr-oktyabr aylarında Azərbaycan Respublikasının Qarabağ bölgəsində baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycanın işğal altındakı torpaqlarının BMT Təhlükəsizlik Şurasının 1993-cü il müvafiq qətnamələrinə uyğun olaraq azad edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, 2022-ci il sentyabrın 1-də səfirlərin illik konfransında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron dəfələrlə dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəfələrlə vurğulayıb. Belə bir kontekstdə Fransa seçilmiş nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozan separatçı rejimi dəstəkləməsi beynəlxalq hüququn, Avropa qanunlarının, ikitərəfli və milli hüququn kobud şəkildə pozulmasıdır.

Bu kontekstdə seçilmiş bələdiyyə və ərazi icmasının Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində separatçılar tərəfindən yaradılmış qondarma quruma açıq şəkildə dəstək verməsi yuxarıda qeyd olunan bütün prinsiplərə ziddir. Bu qeyri-qanuni qurumun bayrağının bələdiyyə binasında Fransa və Avropa bayraqları ilə yanaşı asılması və göstərilən dəstək Prezident Emmanuel Makronun vurğuladığı “dövlətlərin ərazi bütövlüyü və suverenliyi” prinsipinə ziddir.

Məktubda Alfortvil bələdiyyəsinin bu qanunsuz aktı ilə bağlı təcili tədbirin görülməsi xahiş olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.