SİYASƏT


Fransanın “Causeur” portalı: Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Paris, 15 noyabr, AZƏRTAC 

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir. Səbəb sadədir: Azərbaycan Ordusu döyüş meydanında qələbə qazandı. Qondarma “Dağlıq Qarabağ respublikası” süquta uğradı. Ermənistanın baş naziri Nikol Paşinyanın başqa seçimi qalmadı və buna görə də o, təslim oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Causeur” portalında dərc olunmuş analitik məqalədə yer alıb.

Məqalədə bildirilir ki, bu bəyanatı imzalamaq Nikol Paşinyan üçün ağrılı olduğu qədər də qaçılmaz idi. Paşinyan üçün bu bəyanatı imzalamaq həm də düzgün qərar idi. Ancaq təəssüf ki, vəzifədə olduğu müddətdə o, belə düzgün addımlar atmadı. O, Azərbaycan Ordusunun gücünü, ölkənin siyasi elitasını düzgün qiymətləndirə bilmədi. O, 1990-cı illərin əvvəllərindəki erməni hərbi üstünlüyünün indi artıq olmadığını başa düşmədi. Paşinyan 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gündən sonra döyüşlərin dayandırılacağını düşünürdü. O, “Qarabağ Ermənistandır” deməklə vəziyyəti daha da qəlizləşdirdi və azərbaycanlıların səbir kasasını daşdırdı.

Məqalədə qeyd edilir ki, 90-cı illərin əvvəllərində torpaqlarının 20 faizinin işğalına, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev müdrik siyasət yürüdərək, ilk növbədə, ölkənin iqtisadi potensialını və insan kapitalını inkişaf etdirdi.

Müəllif vurğulayır ki, bu gün Ermənistanda təslimdən sonra yaranmış daxili qeyri-sabitlik daha qorxulu görünür.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.