SİYASƏT


Fransanın “DNA” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub

Paris, 2 iyul, AZƏRTAC

Fransanın Elzas regionunun “DNA” qəzetində “Qafqazın gənc respublikası 100 illiyini qeyd edir” adlı məqalə dərc olunub.

Müəllif Jerar Kardon Avropa və Asiya arasında körpü rolunu oynayan ölkəmizdə hökm sürən sabitlikdən, təbii sərvətlərindən, onların rasional şəkildə ölkəmizin sənaye və texnoloji infrastrukturunun inkişafına sərf edilməsindən yazıb.

Azərbaycan və İsrail arasındakı ikitərəfli əlaqələrdən bəhs edib, dini tolerantlıqdan, müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin ölkəmizdə mehriban ailə kimi birgə yaşamasına toxunub.

Azərbaycan dünyəviliyindən, bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verilməsindən danışıb. Azərbaycan ərazilərinin işğalından söz açıb.

Müəllif Fransanın Elzas regionu ilə ölkəmizin eyni tale yaşamasından söz açaraq onları müqayisə edib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.