MƏDƏNİYYƏT


Fransanın ERE televiziya kanalı ölkəmizlə bağlı reportaj yayımlayıb

Paris, 11 may, AZƏRTAC

Fransanın ERE televiziya kanalı Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda UFAZ-ın yaradılmasından bəhs olunub. Azərbaycanın, eləcə də UFAZ-ın binasının tarixi haqqında ətraflı məlumat verilib.

UFAZ-ın azərbaycanlı və fransız müəllimləri, eləcə də tələbələr tədris proqramlarından, təhsildən danışıblar. UFAZ-ın Strasburq və Renn universitetləri ilə əməkdaşlığından söz açılıb.

Müəllif, eyni zamanda, Azərbaycan Dövlət Neft Akademiyasının tarixinə nəzər salıb, bu ali təhsil ocağının hələ sovetlər dövründən neft sahəsində mütəxəssislər hazırladığı, dünyanın müxtəlif ölkələrindən tələbələr qəbul etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ERE televiziya kanalının jurnalistləri Azərbaycanda səfərdə olublar və bu səfər çərçivəsində ölkəmizin tarixi, Qarabağ, Şuşa haqqında, eləcə də respublikamızın turizm imkanlarına, milli mətbəxinə dair silsilə reportajlar hazırlayıblar. Bu reportajlar telekanal vasitəsilə mütəmadi olaraq yayımlanacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.