SİYASƏT
Fransanın Kolmar və Azərbaycanın Horadiz şəhərlərinin qardaşlaşması ilə bağlı müzakirələr aparılıb
Paris, 13 may, AZƏRTAC
Azərbaycanın Fransadakı səfir Rəhman Mustafayev Kolmara səfəri çərçivəsində bu şəhərin meri Erik Stroman və onun müavinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər Fransanın Kolmar və Azərbaycanın Horadiz şəhərlərinin qardaşlaşması istiqamətində fikir mübadiləsi aparıb, bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Tərəflər idman və gənclər sahələrində gələcək əməkdaşlıqdan danışıblar.
Xatırladaq ki, Kolmar və Şəki şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Hər iki şəhərin iş adamlarının görüşürlər, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq uğurla davam edir. Kolmar şəhərinin fransız dili müəllimləri Şəki şəhərinin məktəblərində fransız dilinin tədrisində iştirak edirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kolmar