SİYASƏT
Fransanın “L’Express” portalı Ermənistanın Tovuzda törətdiyi hərbi təxribatdan yazır
Paris, 13 iyul, AZƏRTAC
Fransanın “L’Express” portalında “Erməni ordusu Azərbaycanın hərbi mövqelərinə hücum edib” adlı məlumat dərc olunub.
AZƏRTAC xəbər verir ki, “L’Express” portalı Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq bu xəbəri yayıb.
İnformasiyada bildirilir ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşindən istifadə edərək Azərbaycanın Tovuz rayonu ərazisindəki mövqelərinə hücum ediblər. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində erməni hərbçiləri itki verərək geri çəkiliblər.
Döyüşlərin Tovuz rayonu istiqamətində getdiyi və bunun Ermənistanın növbəti təxribatı olduğu qeyd edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris