SİYASƏT


Fransanın “L’Hebdo Bourseplus” qəzeti Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən yazır

Paris, 27 iyul, AZƏRTAC

Fransanın “L’Hebdo Bourseplus” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfərindən bəhs edən məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə jurnalist Yannik Ürryen Prezident İlham Əliyevin Fransaya səfəri, səfər çərçivəsində aparıcı fransız şirkətlərinin rəhbərləri ilə görüşləri haqqında ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Prezidenti ilə görüşlər zamanı enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Səfər çərçivəsində neft-qaz sektoru, kosmos, infrastruktur, hava nəqliyyatı daxil olmaqla nəqliyyat, metro tikintisi, kosmik fəza sənayesi, hərbi-texniki sahələri əhatə edən 11 böyük şirkət rəhbəri ilə çox məhsuldar görüşlər keçirilib. Görüşlərdə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışılıb.

Qeyd edilib ki, iki ölkə arasında imzalanan sazişlərin həcmi 2 milyard dollardan çoxdur.

Yazıda Azərbaycan və Fransa prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikir mübadiləsi apardıqları bildirilir. Qeyd edilir ki, Azərbaycan Prezidenti münaqişənin həlli ilə bağlı ölkəsinin mövqeyini bir daha açıqlayıb. Prezident İlham Əliyev ümidvarlıq ifadə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.