SİYASƏT


Fransanın “La Revue” jurnalında Bakının “Ekspo 2025”ə namizədliyindən bəhs edən məqalə dərc olunub

Paris, 4 noyabr, AZƏRTAC 

Fransanın “La Revue” jurnalında “Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı “Dünyanın gələcək paytaxtı” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumat verilir. Azərbaycanın paytaxtının noyabrın sonunda keçiriləcək səsverməyə inamla getdiyi bildirilir.

Məqalədə Bakı haqqında ətraflı məlumat verilir, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi diqqətə çatdırılır. Həmçinin Azərbaycanın Afrika İttifaqına üzv ölkələrlə əlaqələrindən də bəhs olunur.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.