Fransanın “Le Fiqaro” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yazı verilib
AzerTAg.az
Paris, 28 oktyabr, AZƏRTAC
Parisdə gündəlik nəşr olunan “Le Fiqaro” qəzetinin 27 oktyabr nömrəsində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Yeliseydə müzakirə olunur” sərlövhəli məqalə dərc edilib.
Məqalədə, Prezident Fransua Ollandın bu ilin mayında Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Ermənistan və Azərbaycan prezidentlərini Parisdə görüşə dəvət etdiyi xatırlanır.
Müəllif Reji Jente Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində 30 mindən artıq insanın öldüyünü xüsusi vurğulayıb. Müəllif qeyd edib ki, Ermənistanın hərbi müdaxiləsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal olunub. Ermənistan rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş əzəli torpaqlarında indi yalnız ermənilər yaşayır və onların elan etdikləri qondarma “respublika” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmır.
Məqalədə Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın sözlərinə istinadən Azərbaycan ordusunun regionda ən güclü orduya çevrildiyi xüsusi vurğulanıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var