Fransanın Qurji-lö-Şato kommunasının meri: Şuşanı gördükdən sonra anladım ki, bu ərazilər Azərbaycan üçün niyə bu qədər əhəmiyyətlidir
AzerTAg.az

Şuşa, 21 may, Gülay Nəzərova, AZƏRTAC
Şuşaya gəldikdən sonra Azərbaycanda incəsənətlə məşğul olan insanların niyə öz sənətlərini məhz burada yaratdıqlarını anlamaq mümkündür. İnsan burada təbiəti hiss edir, quşların səsini eşidir. Təbiətdəki bu canlılar müharibədən xəbərsizdirlər. Biz onlara baxaraq, sülh içində birgə yaşamağı bacara bilərik.
Bu sözləri Fransanın Qurji-lö-Şato icmasının meri Lu Bomiye mayın 21-də Şuşa ilə tanışlıq zamanı AZƏRTAC-a açıqlamasında deyib.
Fransada dağlıq bölgələrə o qədər də maraq göstərilmədiyini vurğulayan Lu Bomiye bildirib: “Azərbaycanda dağlıq ərazilər, gözəl məkanlar qiymətləndirilir, dəyəri bilinir. Bu, çox müsbət haldır. Şuşaya gəldikdən sonra bu ərazilərin Azərbaycan üçün niyə bu qədər böyük əhəmiyyət kəsb etdiyini anladım. Çünki ölkənin görkəmli mədəniyyət xadimləri burada doğulublar. İndi başa düşürəm ki, bu ərazilər nə üçün Azərbaycan üçün vacibdir və bu ərazilərin geri qaytarılmasına bu qədər önəm verilirdi”.
Xəbərin mətnində orfoqrafik səhv var