Fransanın Ron-Alp regionunun Drom vilayətinin senatoru, Ron-Alp regionunun turizm bölməsinin prezidenti, Drom vilayətinin enerji məsələləri üzrə birliyinin prezidenti Senator Jan Bessondan
AzerTAg.az
Cənab Prezident!
Biz Sizin ölkənizdə keçirilən prezident seçkilərini çox diqqətlə izlədik. Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən çox şad olduq.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı və parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik etmək istəyirəm.
Fürsətdən istifadə edərək, Fransanın Ron-Alp regionunun turizm bölməsinin prezidenti kimi bir daha təsdiq etmək istərdim ki, son aylar ərzində dağ turizmi sahəsində Sizin ölkə ilə bizim region arasında başladığımız əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq.
Cənab Prezident, əminəm ki, ikitərəfli əməkdaşlığımız davam və inkişaf edəcəkdir. Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Senator Jan Besson
Fransanın Ron-Alp regionunun Drom vilayətinin senatoru,
Ron-Alp regionunun turizm bölməsinin prezidenti,
Drom vilayətinin enerji məsələləri üzrə birliyinin prezidenti
Xəbərin mətnində orfoqrafik səhv var