RƏSMİ XRONİKA


Fransanın “Total” şirkətinin rəhbəri Kristof de Marjeridən

 Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Uzun illərdən bəri qurduğumuz etibarlı əlaqələri gələcək illərdə də inkişaf etdirə biləcəyimizdən çox şadam. Ölkənizin iqtisadi inkişafını davam etdirmək, xüsusilə, neft və qaz sahəsində və həmçinin əvvəlki prezidentliyiniz dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətinizdə Sizə uğurlar arzulayıram.

Ümidvaram ki, Sizinlə tezliklə görüşəcək və Zati-alinizi şəxsən təbrik edəcəyəm.

Cənab Prezident, “Total” şirkəti adından və şəxsən öz adımdan Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirəm.

Dərin hörmətlə,

Kristof de Marjeri,

Fransanın “Total” şirkətinin rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin