DÜNYA
Fransanın cənubunda daşqınlar nəticəsində 7 nəfər həlak olub
Bakı, 15 oktyabr, AZƏRTAC
Fransanın cənubunda yerləşən Od departamentində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 5 nəfər isə ciddi xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Sürəti saatda 100 kilometrə çatan və su axınına mane olan küləklər də daşqınların güclənməsinə şərait yaradıb.
Hazırda təbii fəlakətdən zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis iştirak edir.
Ölkənin Baş naziri Eduar Filipp və ekologiya naziri Fransua de Rüjinin vəziyyəti öyrənmək üçün regiona səfər edəcəkləri bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]