Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransanın nüfuzlu “Diplomatiya” jurnalında azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən məqalə dərc olunub

Fransanın nüfuzlu “Diplomatiya” jurnalında azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edən məqalə dərc olunub Paris, 13 sentyabr (AZƏRTAC). Fransanın nüfuzlu “Diplomatiya” jurnalının avqust nömrəsi dünyada baş verən müharibələr və münaqişələr nəticəsində doğma yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə həsr olunub.

Jurnalda erməni hərbiçilərinin işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından zorla qovulan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məqalələr də yer alıb.

Ölkəmizin ictimai-siyasi həyatına dair fransız mətbuatında vaxtaşırı çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun jurnalda dərc olunan “Azərbaycanda qaçqın və məcburi köçkünlər: müvəqqəti vəziyyətin idarə edilməsi” sərlövhəli məqaləsində SSRİ-nin süqutundan sonra 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qonşu Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyi, elan olunmamış müharibə zəminində ölkəmizin əzəli ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun ermənilər tərəfindən zəbt edildiyi, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ata-baba yurdlarını tərk etdiyi diqqətə çatdırılır.

Məqalədə münaqişə nəticəsində öz doğma vətənlərində qaçqın və məcburi köçkün kimi yaşayan bir milyondan artıq azərbaycanlının 700 mininin məhz işğal olunan Dağlıq Qarabağ və yeddi rayonun əhalisi olduğu, 250 mindən artıq azərbaycanlının isə tarixən uzun illər yaşadıqları Qərbi Azərbaycandan didərgin salındıqları, bu dövrdə BMT-nin qaçqın və məcburi köçkünlər barədə həyəcan təbili çaldığı xatırlanır, qurumun baş katibinin Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşən bir ölkə olması, hər səkkiz azərbaycanlıdan birinin qaçqın və məcburi köçkünə çevrilməsi barədə fikirləri yer alır.

Qaçqın və məcburi köçkünlərin əksəriyyətinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində məskunlaşdığını vurğulayan müəllif beynəlxalq ictimaiyyətin ölkəmizin üzləşdiyi bu problemə biganə qaldığını, işğal olunan Azərbaycan ərazilərinin heç bir tələb irəli sürülmədən dərhal azad edilməsi barədə BMT-nin dörd qətnaməsi və AŞPA-nın 1416 saylı qərarı istisna olmaqla işğalçılıq siyasətini davam etdirən Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilmədiyini təəssüf hissi ilə bildirir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 24-də AŞPA-da nitqi zamanı münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal geri çəkilmələri barədə dörd qətnamə qəbul etməsi, bu qətnamələrə indiyə qədər əməl olunmaması, bunun isə özlüyündə ölkəmizə qarşı ikili standartlara yol verildiyini sübut edən amil olması haqqında söylədiyi fikirlər yer alıb.

Müəllif iqtisadiyyatı sürətlə inkişaf edən və Cənubi Qafqazda lider ölkəyə çevrilən Azərbaycanın qaçqın və məcburi köçkünlərin şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdığını, çadır şəhərciklərini ləğv etdiyini, onlar üçün müasir tələblərə tam cavab verən və hər cür şəraiti olan yaraşıqlı qəsəbələr saldığını diqqətə çatdırır.

Sonda F.Zeynalov qaçqın və məcburi köçkün düşən yüz minlərlə insanın doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirir.

Jurnalın əməkdaşı Tomas Delajın azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi səfir Yaşar Əliyev ilə müsahibəsi də maraqla qarşılanıb. “Dağlıq Qarabağ-işğal olunmuş ərazilər və məcburi köçkünlər: BMT və Azərbaycanın mövqeyi” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səbəbləri açıqlanır. Səfir elan olunmamış bu müharibə nəticəsində Azərbaycanın yüzlərlə kəndinin işğal edildiyini, tamamilə dağıdıldığını, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1992-ci ilin fevral ayında Xocalıda törədilən soyqırımın heç bir əxlaqi və hüquqi normaya sığmadığını, beynəlxalq ictimaiyyətin və BMT-nin bu məsələyə münasibət bildirmədiyini diqqətə çatdırıb.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətini pislədiyi və bununla bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdiyi, Ermənistan hərbi qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyri-şərtsiz çıxarılması barədə BMT-nin tələblərinə indiyədək əməl edilmədiyi müsahibədə yer alıb.

Jurnalistin ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə sualını cavablandıran səfir bildirib ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan Minsk qrupu fəaliyyətində indiyə qədər hər hansı irəliləyişə nail olmayıb.

Jurnalın əməkdaşının 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının sədri olan Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində gördüyü işlərlə bağlı sualına cavab verən Yaşar Əliyev 2012-ci ildə tarixdə ilk dəfə ölkəmizin Təhlükəsizlik Şurasının sədri olduğunu və münaqişənin hüquqi yolla həllində müəyyən addımlar atdığını xatırladıb.

Səfir onu da bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi faktını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində işlər davam etdirilir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir CANLI

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

Dövlət Xidməti: Gəncəsər monastrı işğal dövründə erməni vandalizminə məruz qalıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub

“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub

Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

OPEC: 2045-ci ilədək bütün enerji növlərinə qlobal tələbat 25 faiz artacaq

IAF-ın icraçı direktoru: Azərbaycanın gələcəkdə də kosmonavtları olacaq – MÜSAHİBƏ

Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu gün Ümumdünya Heyvanlar Günüdür

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

“Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib

“Sabah”ın basketbolçusu: Olduqca vacib qələbə qazandıq

Daxili işlər naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Gürcüstanda zəlzələ olub

“Horizon Avropa” həftəsi çərçivəsində ikigünlük düşərgə təşkil edilib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

FHN: Ötən sutka 8 nəfər xilas edilib, bir nəfərin meyiti aşkarlanıb

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Dövlət Xidməti: Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

NİİM: Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

"Sabah" basketbol klubunun baş məşqçisi: Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu

DİM “Abituriyent” jurnalının xüsusi buraxılışını təqdim edib

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

“İnformasiya təhlükəsizliyi və məxfilik” - Milli təlim

® “Ritz-Carlton Bakı” və “JW Marriott Abşeron Bakı” otellərinə yeni baş icraçı təyin edildi

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdən 6 kiloqrama yaxın marixuana götürülüb

“Mercedes” traktorla toqquşdu, iki nəfər öldü

Cəbrayıl rayonunun düşmən tapdağından xilas edilməsindən üç il ötür

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyulu

Kolumbiyanın “Semana” jurnalı antiterror tədbirlərindən yazdı: “Nəhayət ki, ədalət qalib gəldi”

Nigerin baş naziri Fransanı yeni hakimiyyətin nümayəndələrini öldürmək planlarında ittiham edib

Çexiya Prezidenti: Yeni geosiyasi çağırışlar Avropa İttifaqının genişlənməsinin yeni dinamikasını tələb edir

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından üç il ötür

2024-cü il Olimpiadası ərəfəsində Parisdə otel qiymətləri 3,5 dəfədən çox artıb

ABŞ-da universitetdə atışma nəticəsində 4 nəfər yaralanıb, polis əraziyə cəlb olunub

Qara çay diabet riskini azaldır

Florensiyada “Airbnb” xidmətindən istifadə qadağan edilib

İsrailin Xarici İşlər Nazirliyi Kanadanı minlərlə nasisti gizlətdiyini etiraf etməyə çağırıb

Banqkokda ticarət mərkəzində baş verən atışmada iki nəfər ölüb

Azərbaycan MDB-nin XVII Delfi oyunlarında iştirak edəcək

İspaniya Kralı Baş nazir postuna Sosialist Partiyasının liderinin namizədliyini irəli sürüb

Güclü leysan Gürcüstanın qərb bölgəsində bir sıra ciddi problemlər yaradıb

Səkkiz ayda ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Qırğızıstanda 71 nəfər qidadan zəhərlənib

Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb

Çin “Change 8” missiyası çərçivəsində Aya beynəlxalq kosmik gəmilər göndərməyə hazırdır