Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir

Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir

Bakı, 29 noyabr, AZƏRTAC

Regionun lider ölkəsi Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdi və ərazi bütövlüyümüz tam təmin olundu. Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və dövlətimizin hərbi qüdrəti sayəsində mümkün oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzovun “Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: “Torpaqlarımızın işğaldan azad olunması xalqımızla yanaşı, ölkəmizin dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə qarşılandı. Lakin Ermənistanın döyüş meydanında darmadağın edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi narahatlıq yaratdı. Bu gün həmin qüvvələrin Azərbaycanın parlaq Qələbəsini həzm edə bilmədiklərini, buna görə də müxtəlif qanunsuz addımlar atdıqlarını görürük. Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu da belə nümunələrdəndir.

Fransa qərəzli mövqeyini və erməni təəssübkeşliyini davam etdirir

Bu addım Fransa siyasi dairələrinin erməni təəssübkeşliyinin daha bir göstəricisidir. Amma belə hallar, ilk növbədə, Fransa-Azərbaycan münasibətlərinə zərbədir. Biz bilirik ki, Fransa ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 1993-cü ildə xalqın böyük etimadı əsasında Prezident seçilən ümummilli lider Heydər Əliyev həmin il Fransaya rəsmi səfər etmişdi. Təbii ki, məqsəd ölkələrimiz arasında münasibətlərin inkişafına nail olmaq, həmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın nüfuzundan, təsir imkanlarından Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün istifadə etmək idi. Həmçinin Fransanın 1997-ci ildən etibarən ATƏT-in Minsk qrupunun həmsədri olmasını nəzərə alsaq, deyə bilərik ki, Ulu Öndərin bu ölkə ilə münasibətlərin inkişafı istiqamətində atdığı addımlar bu baxımdan olduqca əhəmiyyətli idi. Yeri gəlmişkən, hələ o vaxt Fransa Prezidenti Jak Şirak “Azərbaycan nə üçün Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını istəyir” sualına cavabında ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, Azərbaycan ictimaiyyəti Fransanın Ermənistanı müdafiə etdiyi düşüncəsindədir. Jak Şirak isə demişdi ki, “ermənilər bizim sözümüzü nəzərə alarlar, bizim onlara təsir imkanlarımız daha çoxdur”. Bu, təbii ki, Fransanın Ermənistanla yaxınlığının, həmçinin dolayısı ilə ermənipərəst mövqeyinin etirafı idi. Ötən müddət ərzində Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın birtərəfli və ədalətsiz mövqe sərgiləməsi Ulu Öndərin uzaqgörənliyinin ifadəsidir.

Eyni zamanda, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə xidmət edib. 2003-cü ildə xalqın böyük inamı və dəstəyi nəticəsində Prezident seçilmiş İlham Əliyev Avropa ölkələrinə, o cümlədən Fransaya rəsmi səfər etmişdi. Prezident İlham Əliyevin 2018-ci ildə Fransaya səfəri isə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə olub. Bütövlükdə, Azərbaycan Prezidentinin Avropa ölkələrinə səfərləri siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin inkişafına əlverişli zəmin yaradıb.

Fransanın ədalətsiz mövqeyi Azərbaycan ilə bu ölkə arasında münasibətlərə yenidən baxılmasına əsas yaradır

Bundan başqa, indiyə qədər Fransa şirkətləri ölkəmizə investisiya qoyub, Azərbaycanda təhlükəsiz və əlverişli şəraitdə fəaliyyət göstərib, onların iqtisadi hüquqları ən yüksək səviyyədə qorunub. Tərəflər arasında bu günə qədər 50-dən çox sənəd imzalanıb. Amma görünən odur ki, Fransanın işğalçıya, separatizmə bu açıq dəstəyindən sonra Azərbaycan Respublikası ilə bu ölkə arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilməli, lazımi tədbirlər görülməlidir.

İki ölkənin parlamentlərindəki dostluq qruplarının üzvləri müxtəlif zamanlarda qarşılıqlı səfərlər həyata keçiriblər. İndiyə qədər Azərbaycana gələn Fransa parlamentariləri Azərbaycanın inkişafı, qazandığı nailiyyətlər, Azərbaycandakı tolerantlıq mühiti barədə respublikamızda müsbət fikirlər söyləyiblər. Amma təəssüflər olsun ki, Fransaya qayıtdıqdan sonra və ya ermənilərlə müxtəlif görüşlər zamanı fərqli fikirlər söyləyərək ikiüzlü və riyakar mövqe ortaya qoyublar. Bu günlərdə də bu riyakar mövqeyin davamı olaraq Senatın separatçı qurumu tanımaq haqqında qərəzli qətnamə qəbul etməsi açıq siyasi təxribat və lüzumsuz addımdır.

Beləliklə, Fransanın ermənipərəst mövqeyi Azərbaycan ilə bu ölkə arasında münasibətlərə yenidən baxılmasına əsas yaradır.

Separatizmə dəstək verən Fransa öz imzasına və qərarlarına hörmətsizlik edir

Təbii ki, Fransa Senatının qəbul etdiyi sənəd, eyni zamanda, beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsipinə açıq hörmətsizlikdir. Bu, həm də təcavüzə və separatizmə birbaşa dəstəkdir. Belə bir təşəbbüs BMT Nizamnaməsinin, bu təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heçə sayılmasıdır. Yəni, bununla Fransa öz imzasına hörmət etmədiyini, öz qərarlarının əleyhinə olduğunu nümayiş etdirir.

Fransa ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır

Bildiyimiz kimi, Fransa həm ATƏT-in Minsk qrupunun, həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu ölkənin qanunvericilik orqanının qondarma, separatçı bir quruma dəstək ifadə etməsi isə Fransanın mandatına uyğun deyil. Ona görə də Senat bu addımı ilə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı real hüquqi əsas yaradır. Çünki işğalçını dəstəkləmək, separatizmə rəvac vermək beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır və belə bir ölkə ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz.

Bu qərəzli qətnamə Fransanın dövlətçilik maraqlarına tamamilə ziddir

Əlbəttə, Senat tərəfindən yol verilmiş bu təxribatçı hərəkət Fransanın qərəzli, ədalətsiz mövqedə olduğunu bir daha təsdiqləyir. Bu vəziyyətdə Azərbaycan ictimaiyyətinin belə bir sual vermək haqqı var: Fransa ədalətlidirsə, nə üçün dünya birliyi tərəfindən tanınmış Azərbaycanın ərazi bütövlüyünə zidd, separatizm və terrorizmlə məşğul olan oyuncaq quruma dəstək verir? Onlar özlərini haqq-ədalət tərəfdarı kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar?

Fransa dərhal Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe ortaya qoymalıdır

Bu sualların cavabı Fransanın ermənipərəst mövqeyində gizlədilir. Qərəzli qətnaməni qəbul edənlər bir daha obyektiv olmadıqlarını, Ermənistanın maraqlarını müdafiə etdiklərini, işğala, təcavüzə, terrora dəstək verdiklərini göstərirlər. Bu isə Fransanın özünün maraqlarına ziddir, təkcə bölgəmizdə deyil, dünyada da sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Ona görə də Fransanın dövlət başçısı və bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakterli mövqe ortaya qoyulmalıdır. Ən əsası, Senatın kağız parçasından ibarət olan bu qərəzli qətnaməsi ləğv edilməlidir.

Sonda xatırladım ki, Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların bəyanatlarında da bu məsələlər öz əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib