SİYASƏT


Fransanın tədqiqat mərkəzi: Azərbaycanda münaqişənin qurbanları mülki əhalidir

Paris, 14 oktyabr, AZƏRTAC

Humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri Gəncəni uzaqmənzilli raketlər vasitəsilə atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın nüfuzlu beyin mərkəzi “The Globql Future College”nin saytında dərc olunmuş “Azərbaycan: münaqişənin qurbanları mülki əhalidir” sərlövhəli məqalədə bildirilib.

Qeyd olunub ki, Ermənistanın döyüşlərin getdiyi Qarabağ bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bombardman etməsi nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb.

Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən başlayan döyüşlər zamanı Ermənistan tərəfi ölkəmizin Mingəçevir, Yevlax, Bərdə kimi şəhərlərinə də raket zərbələri endirib.

Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumları edilməsinin əsas məqsədi Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, beləliklə, münaqişəyə üçüncü ölkələri cəlb etməkdir. Ermənistanın məqsədi münaqişəni beynəlmiləlləşdirməkdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.