SİYASƏT


Fransanın tədqiqat mərkəzlərinin nümayəndələri Vətən müharibəsinin geosiyasi nəticələri barədə məlumatlandırılıb

Strasburq, 28 sentyabr, AZƏRTAC

Fransada fəaliyyət göstərən tədqiqat mərkəzlərinin nümayəndələri ilə 44 günlük Vətən müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Sənayenin Təşviqi Cəmiyyətinin qərargahında təşkil olunmuş görüşdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Elman Abdullayev Azərbaycan reallıqları, ölkəmizdəki proseslərin bölgəyə təsiri və gələcək regional inkişaf haqqında məlumat veriblər.

Görüşdə 44 günlük Vətən müharibəsindən keçən müddət ərzində baş verən hadisələrin dinamik inkişafı, Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik məsələləri müzakirə edilib.

Bir il əvvəl münaqişə, hərbi əməliyyatlar gedən Qarabağda artıq atəşkəs bəyanatı imzalandıqdan sonra bu sənədin şərtlərinin həyata keçirilməsinə, sabitliyin bərpasına, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edilmiş kənd və şəhərlərin yerində “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisinə başlandığı, ümumiyyətlə, regionda yeni proseslərin və iqtisadi inkişafın start götürdüyü vurğulanıb.

Tədbirdə Azərbaycan-Fransa ikitərəfli münasibətləri, UNESCO-nun texniki missiyasının işğaldan azad edilmiş ərazilərə göndərilməsi məsələlərinə toxunulub.

Sonda fransız tədqiqatçıların sualları cavablandırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.